"AGBank" 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank 2016-cı il üzrə 35,6 milyon manatlıq zərər əldə edib.
Banco.az bankın rəsmi maliyyə məlumatlarına əsasən xəbər verir ki, 2016-cı ilin birinci yarımilliyində bankın aktivləri 520 milyon manat olub.
Bankın "balans hesabatı"na əsasən sözügedən dövrdə müştərilərə verilən kreditlər və lizinqlər 292 milyon mana həcmində qeydə alınıb.
Cari dövrdə bankın depozit portfeli 216 milyon 275 min manat həcmində olub.
Bütövlükdə bankın öhdəlikləri 466 milyon 199 min manat olub.
31 dekabr 2016-cı il tarixinə AGBank-ın kapitalı 53 milyon 804 min manat həcmində qeydə alınıb.
1992-ci ildə təsis olunan “AGBank” ASC –nin səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu.
Bankın apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsidir. Bundan əlavə bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.