“AGBank” nizamnamə kapitalını artırdı | Banco.az

“AGBank” nizamnamə kapitalını artırdı

“Bakı Fond Birjası” QSC-də (BFB) “AGBank” ASC-nin səhmlərinin alqı-satqısına dair 3 əqd bağlanılıb.

BFB-nin məlumatına görə, əqdlər Bankın hər birinin nominal dəyəri 2 manat olan 125, 25 və 50 min ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutur.

Son nəticədə “AGBank”ın nizamnamə kapitalı 400 min manat və yaxud 0,4% artaraq 103,4 mln. manatdan 103,8 mln. manata yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "AGBank" 1992-ci ildə "Azəriqazbank" adı ilə fəaliyyətə başlayıb, 2012-ci ildə rebrendinq edib. Bankın səhmləri onun Müşahidə Şurasının (MŞ) sədri Çingiz Əsədullayevə, Beynəlxalq Maliyyə Korporasiyasına (IFC), “Kazimir Partners” şirkətinə, Fərzulla Yusufova (MŞ-nın üzvü), Marçenko Qriqoriyə (Qazaxıstan Mərkəzi Bankının keçmiş sədri, MŞ-nın üzvü), eləcə də 78 minoritar səhmdara məxsusdur.

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et