AGBank-ın rəhbərliyində dəyişiklik baş verib | Banco.az

AGBank-ın rəhbərliyində dəyişiklik baş verib

Bir neçə gün öncə AGBank ASC-nin baş tutan səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması yenidən müzakirə olunub.

Bundan əvvəl 4 mart 2016-cı il tarixində səhmdarların növbədən kənar keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının artırılması qərara alınmışdı.

Bankdan Trend-ə verilən məlumata görə, qəbul olunan bu qərarın icrası nəticəsində hazırda AGBank ASC-nin nizamnamə kapitalı 77.2 milyon manat artırılaraq 102.2 milyon manat təşkil edir.

Həmçinin yığıncaq zamanı Audit Komitəsi və İdarə Heyətinin hesabatı dinlənildi, 2015-ci il üçün maliyyə hesabatları təsdiq olundu. Sonda isə səs vermə nəticəsi ilə bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edildi.

Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçildilər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edildi. İdarə Heyətinin qalan tərkibi dəyişilməz olaraq qalır:

Ən sərfəli kredit üçün müraciət et

A. Müşahidə Şurasının yeni tərkibi:
1. Əsədullayev Çingiz Rauf - sədr
2. Yusifov Fərzulla İsmail - üzv
3. Qriqoriy Marçenko - üzv
4. Mövsümov Azər - üzv
5. Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi - üzv

B. Audit Komitəsinin yeni tərkibi:
1. Baxışov Fikrət - sədr
2. Çoxlayev Asif - üzv
3. Fransev Mixail - üzv

C. İdarə Heyətinin yeni tərkibi:
1. Cəlilov Əfqan - sədrin vəzifələrini müvəqqəti icra edən
2. Tokay Əlizadə - sədrin müavini
3. Səkinə Xələfova - üzv
4. Elnur Musayev - üzv

Sonda onu da qeyd edək ki, yaxın gələcəkdə də bankın strukturunda dəyişikliklər gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et