AGBank ASC yeni daha mükəmməl sistemə keçid ilə əlaqədar planlı profilaktik işlər keçirəcək | Banco.az

AGBank ASC yeni daha mükəmməl sistemə keçid ilə əlaqədar planlı profilaktik işlər keçirəcək

Elan

Hörmətli Müştərilər,

Nəzərinizə çatdırmaq istərdik ki, 11.01.2019 il tarixində AGBank ASC planlı profilaktik işlər və yeni daha mükəmməl sistemə keçid həyata keçirəcək. Keçiriləcək "apqreydin" üstünlüyü ondan ibarətdir ki, yeni texniki platforma Bank xidmətlərinin inkişafı, yenilənməsi və mükəmməlləşdirilməsi üçün potensial imkanlar yaradacaq.
Bununla əlaqədar 11.01.2019 il tarixində AGBankın Filialların kassaları qısaldılmış iş rejimində fəaliyyət göstərəcək. Xahiş edilir bütün aidiyyatı müraciətlər 11.01.2019 il tarixində saat 16:00 gec olmamaq şərti ilə həyata keçirilsin. Növbəti iş günü (Bazar Ertəsi, 14 yanvar 2019 tarixində) filiallar adı iş rejimində fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

İnternet Banking xidməti vasitəsi ilə əməliyyatlar adi qaydada keçəcək.

Müvəqqəti narahatçılığa görə üzr istəyirik.

Əlavə məlumat üçün Bankın 135 nömrəsi ilə Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et