Ağ Evin bahalı təmiri: Tramp 3,4 mln dollar xərclədi (Foto) | Banco.az

Ağ Evin bahalı təmiri: Tramp 3,4 mln dollar xərclədi (Foto)

ABŞ prezidenti Donald Trump, “iş məzuniyyətindən” sonra Ağ Evə qayıdıb, həmin müddət ərzində binanın qərb cinahında təmir- bərpa işləri aparılıb. Yenilənmənin cəmi dəyəri 3,4 mln dollara başa gəlib. Bu haqda Banco.az portalı Forbesə istinadən məlumat verir. Ağ Evin yenilənməsi prosesi bütün ABŞ prezidentləri tərəfindən həyata keçirilsə də Donaldın istənilən fəaliyyəti yerli KİV-dən tərəfindən daha çox tənqidə səbəb olur və azqala mikroskopla izlənilir. Ona görə də hətta divar kağızlarının və xalçaların dəyişməsi belə qaynar müzakirələrə səbəb olub.

Amma qeyd etmək lazımdır ki, dəyişikliklərin əsas hissəsi hələ Trampdan əvvəl bu postun sahibi olan Barak Obama tərəfindən təsdiqlənib. Dövlət başçısının avqustun əvvəlindəki tətilindən öncə Ağ Evin mətbuat katibinin müavini Lindsi Uolters jurnalistlərə bildirib ki, binanın Qərb Qanadının ventilyasiya sistemləri o qədər korlanıb ki, demək olar işə yaramır. Qərb Qənadında – ventilyasiya, isitmə və kondisioner sisteminin təxminən 27 il yaşı var, amma fasiləsiz iş rejimi səbəbindən onların istifadə yaşı demək olar ki 81-ə çatıb.  Həmçinin cənub portunda, Ağ evin həyətində və bəzi təsərrüfat məkanlarında da təmirə ehtiyac olub. 


 

 

Foto  Michael Reynolds / EPA

Foto  Jim Bourg / Reuters

Foto  Michael Reynolds / EPA

Foto  Joshua Roberts / Reuters

Ən sərfəli kredit üçün müraciət et

Foto Yuri Gripas / Reuters

Foto  Ron Sachs / DPA / TASS

Foto  Ron Sachs / DPA / TASS

Foto  Ron Sachs / DPA / TASS

Foto  Carolyn Kaster / AP / TASS

Foto Yuri Gripas / Reuters

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et