AG Bank maliyyə nəticələrini açıqlayıb | Banco.az

AG Bank maliyyə nəticələrini açıqlayıb

AG Bank Oktyabr ayının 1-nə olan maliyyə nəticələrini açıqlayıb.

AG Bankın xalis mənfəəti , ötən ilinin analoji dövrü ilə müqayisədə  44% faiz (1513 min AZN) yüksəlib, bu barədə Banco.az saytı Bankın rəsmi saytındakı maliyyə hesabatlarına istinad edərək xəbər verir. Bankın carı ilin 9 ayında qazandığı xalis mənfəəti  4 925 min AZN-ə bərabər olub.

Həmçinin Banco.az saytı aşağıdakı məlumatları diqqətinizə çatdırmaq istəyir.

Cari ilin əvvəlindən Bankın artım tempi elə də sürətli olmayıb. Belə ki, Bankın cəmi aktivləri 8,4%, xalis kredit portfeli isə 7,1% artıb. (Xalis kredit portfeli dedikdə, ümumi kredit portfelindən kredit gecikmələri üçün ayrılmış ehtiyatlar çıxılmaqla, yerdə qalan kredit portfeli nəzərə alınır). Hazırda Bankın xalis kredit portfeli  356 429 min AZN, cəmi aktivləri isə 506 707 min AZN təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankda olan fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin cəmi həcmi isə 202 147 min AZN-dır. İlin əvvəli ilə müqayisədə depozit porfeli 5,6% artıb.

Həmin dövrdə kapital artımı cəmi 2,9 faiz olub. Bankın məcmu kapitalı hazırda 53 mln. manatdır. 

Daha ətraflı şəkildə cədvəldə izləyə bilərsiniz.