Afrikada ən sürətli iqtisadi inkişaf edən bu ölkə oldu | Banco.az

Afrikada ən sürətli iqtisadi inkişaf edən bu ölkə oldu

Mərakeş 2021-ci ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən beş Afrika ölkələri siyahısına liderlik edir.

Bu barədə “Global data” beynəlxalq konsaltinq və analitik şirkətinin ekspertləri bildiriblər. “Global Data” şirkətinin son hesabatında qeyd edilir ki, Krallıqda iqtisadiyyatın artımı 5,19 faiz təşkil edəcək ki, bu da 2021-ci ildə Afrika qitəsində ən yüksək göstərici olacaq.

Mərakeşin kənd təsərrüfatı göstəricilərini xüsusi ayıran konsaltinq şirkəti hesab edir ki, gözlənilən artım pul-kredit siyasətinə və vergi güzəştlərinə uyğun səmərəli peyvənd kampaniyası ilə şərtləndirilir.

Digər tərəfdən, “Global data” şirkətinin hesabatında deyilir ki, Afrika iqtisadiyyatı, 2020-ci ildə yarım əsr ərzində ən güclü resessiyanı yaşayaraq, 2021-ci ildə gözlənildiyi kimi 3,8 faiz artacaq.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et