“AFB Bank”ın rəhbərliyində dəyişiklik olacaq | Banco.az

“AFB Bank”ın rəhbərliyində dəyişiklik olacaq

“AFB Bank” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırıb.

30.11.2019-cu il tarixində keçiriləcək iclasın gündəliyinə Bankın Müşahidə Şurasının tərkibinə yenidən baxılması barədə, Bankın İdarə Heyətinin tərkibinə yenidən baxılması barədə və digər məsələlər daxildir. 

"AFB Bank"da Elnur Qurbanov Müşahidə Şurasının Sədri, Vüsal Eynullayev və Samir Şirinov isə üzv vəzifələrini icra edirlər. Aydın Hüseynov isə Bankın İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti icra edir. Natiq Namazovİqbal Rüstəmov və Lalə Quliyeva İdarə Heyəti Sədrinin müavinləridir.

Ən sərfəli kredit üçün müraciət et

İsmayılov Hikmət Əbuzər oğlu (99.6406%), Muradov Cəmil Tahir oğlu (0.1797%) və Abdullayev Əkbər Həsən oğlu (0.1797%) "AFB Bank"ın səhmdarlarıdır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et