"AFB Bankın" mənfəəti 4 dəfəyə qədər artıb | Banco.az

"AFB Bankın" mənfəəti 4 dəfəyə qədər artıb

AFB Bank ASC 2016-cı ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın açıqladığı məlumatlara əsasən xəbər verir ki, cari ilin 30 sentyabrında bankın ümumi aktivləri 293 mln. 840 min manat təşkil edib.

Bankın aktivləri AZALIB.

AFB Bank ASC-nin aktivləri birinci rüb ilə müqayisədə 21,3%, ikinci rüb ilə müqayisədə isə 3,4% azalmışdır.

Aktivlərin əksinə olaraq

Ikinci rüb ilə müqayisədə bankın kredit portfelində artım qeydə alınmışdır. Müştərilərə verilən kreditlərin həcmi 9 mln. 556 min manat artaraq 206 mln. 978 min manat olub.

Sözügedən dövrdə müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi 99 mln. 407 min manat olub.Qeyd edək ki, 2016-cı ilin ilk rübü ilə müqayisədə deposit portfeli təqribən 2 dəfə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalı ARTIB.

“AFB Bank”ın kapitalı cari ilin 2-ci rübü ilə müqayisədə 5,4%, yəni 4 mln. 430 min manat artıb.

Bankın xalis mənfəətində də artım olub.

Belə ki, bankın mənfəəti cari ilin həm 1-ci, həm də 2-ci rübü ilə müqayisədə təqribən 4 fəfə artıb və 4 mln. 341 min manat olub.

Bank 28 noyabr 2008-ci il tarixdə Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Bank Qanununun 19-cu maddəsinə əsasən “AFB Bank” Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et