"AFB Bank"da yeni təyinat olub | Banco.az

"AFB Bank"da yeni təyinat olub

"AFB Bank" ASC-nin Kredit Departamentinə yeni direktor təyin edilib. Söhbət Mübariz Bayramovdan gedir.

O, yeni vəzifəsində Yaşar İsmayılovu əvəz edib.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et