AFB Bank cari ilin birinci rübünə olan maliyyə göstəricilərini açıqlayıb. Banco.az portalı bankın maliyyə hesabatlarına istinadən bildirir ki, Bank 2015-ci ilin birinci rübündə 2270.05 min manat xalis mənfəət əldə edərək, rübü zərərsiz başa vurub.
2015-ci ilin ilk rübü ərzində bankın faiz gəlirlərinin həcmi 4357,23 min manat, faiz xərclərinin miqdarı isə 958,23 min manat təşkil edib.
Bank qeyri faiz əməliyyatlarından 2090,42 min manat gəlir əldə edib. Bankın qeyri faiz xərcləri isə cəmi 2266,93 min manat təşkil edib və onlardan 1295,32 mini əməkhaqqı və kompensasiya ödənişlərinə yönəlib.
Beləliklə Bankın əməliyyat mənfəəti 3222,49 min manat təşkil edib. 952,43 min manat isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması üçün nəzərdə tutulub və beləliklə bankın vergilər ödənilənədək xalis mənfəəti 2270,05 min manat təşkil edib.
Bankın balans göstəriciləri ilə bağlı əsas rəqəmlər ilə aşağıda tanış ola bilərsiniz.