AFB Bank 2018-ci ilin II rübünü uğurla başa vurub! | Banco.az

AFB Bank 2018-ci ilin II rübünü uğurla başa vurub!

2018-ci ilin ikinci rübündə AFB bankın aktivləri 522 mln 782 min manatdır. Bu da keçən rübün göstəricisindən 11% çox olub, belə ki keçən rüb bankın aktivləri 466 mln 207 min manat idi. Öhdəlikləri isə 13% , 394 mlndan 450 mln 777 minə qalxıb. 

Bankın kredit portfeli 1 mln manat azalıb, 226 mln 165 min manatdan 224 mln 768 min manata düşüb. Depozit portfeli isə 294 mln 467 min manatdan 317 mln 120 min manata yüksələrək 7%-lik artım əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalını 72 min manat artıran bank, 71 mln 933 min manatdan 72 mln 5 min manata qaldırmağı bacarıb. Məcmu kapitalı isə 3% azalıb, 70 mln 687 mindən, 68 mln 755 min manata düşüb.

Xalis mənfəətinə gəldikdə 5 mln 191 min manatdan 5 mln 330 min manata qalxaraq, 3%-lik artım əldə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et