"AFB Bank" 2017-ci ilin 3-cü rübünə olan maliyyə nəticələrini açıqlayıb.
Sözügedən dövrdə bankın cəmi aktivlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,49% artaraq 349,500 mln. manat təşkil edib, öhdəliklərinin həcmi isə 281,920 mln. manat olub.
Bankın aktivlərinin həcmində kredit portfeli 219,882 mln. manat təşkil edib.
Bankın depozit portfeli hesabat dövrü ərzində 44,26% artaraq 143,407 mln. manata çatıb. Əhalinin əmanətləri 26,176 mln. manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 24,73% çoxdur. Öhdəlikləri isə 281,920 mln. manat təşkil edib.
Bir il ərzində bankın nizamnamə kapitalı isə dəyişməyərək 70,393 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9,84% azalaraq 23,357 mln. manat, xərcləri isə təxminən 30,96% artaraq 12,631 mln. manat olub.
Cari ilin 9 ayını bank 11 mln. 312 min 329 manat zərərlə başa vurub. Bankın 3-cü rübü zərərlə başa vurmasına səbəb aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata 25,305 mln. manatın ayırması olub. Bu da bankda problemli aktivlərin artmasından xəbər verir.