Muğanbankın baş ofisində adsız istiqrazların 44-cü tiraji
30 aprel tarixində Muğanbankın baş ofisində adsız istiqrazların 44-cü lotoreya tirajı keçiriləcək.
Məhsula olan geniş marağı, həmçinin adsız istiqraz sahiblərinin sayını nəzərə alaraq tiraj növbəti dəfə onlayn rejimdə yayımlanacaq.
Hər tirajın uduş fondu 562 500 AZN təşkil edir, eləcə də hər tirajda uduşlu istiqrazların sayı 2000 ədəd təşkil edir. Maksimal uduş isə 50 000 AZN təşkil edir.
Muğanbankın istiqraz proyekti 2009-cu ildə qiymətli kağızlar üzrə Dövlət komitəsində qeydiyyatdan keçib. Bank 50 mln. manat dəyərində 1 mln. sayda istiqrazlar buraxıb.
50 AZN nominalında adsız istiqrazlar 10 il müddətinə emitentlə buraxılıb. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.
İstiqraz sahibləri hər tiraj haqqda məlumatlandırılır və uduş zamanı baş ofisdə iştirak etmək haqqı var.
Müəllif: Fidan Maqbet qızı