ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb | Banco.az

ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 115 151 kredit olub.

Bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 45 770-i məhkəməyəqədərki, 9 127-si məhkəmə, 60 254-ü isə icra statusundadır.

Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar ​​"AG Bank", ​"Amrah Bank", “Atabank”, ​"Atra Bank","Bank of Azerbaijan", ​"Borçalı Bank”, ​"Evro Bank", ​"Kredo Bank", ​"Royal Bank", ​"Texnika Bank", ​"Yunayted Kredit Bank", ​"Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank", "Qafqaz İnkişaf Bankı" vəASC-lər, "Bank Standard" QSC-dir.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et