ADİF-ə dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib | Banco.az

ADİF-ə dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə kompensasiya almaq üçün dövlətdən illik 0,15%-lə, 445 mln. manat borc alıb.

Bu barədə keçirdiyi mətbuat konfransında Azəraycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bundan başqa, rəhbərlik etdiyi qurum öncədən “Texnibank” ASC-ın qorunan əmanətçilərinə kompensiya ödəmək üçün 22 mln. manat , eləcə də “Parabank”, “Kredobank”, “Zaminbank” və “Dekabank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün 100 mln. manat borc götürüb: “Həmin 22 mln. manatı yanvarda qaytardıq. Digər 545 mln. manat isə güzəşt müddətindədir. Həmin məbləğin 520 mln manatını dövlət 10 il müddətinə faizsiz kreditə çevirib. Qalan 25 mln. manat isə illik 0,15%-lə Fondun üzərindədir”.

Ən sərfəli kredit üçün müraciət et

A.Cavadov onu da qeyd edib ki, ADİF-in kapitallaşdırılması çərçivəsində Fonda dövlət zəmanəti ilə 800 mln. manatlıq veksel verilib: “Son nəticədə bu gün bizim kapitalımız 800 mln. manat hesab edilə bilər. Çünki istəniən vaxt həmin vekselləri nağd pula çevirə bilərik”. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et