“Adidas” mənfəət proqnozlarını açıqlayıb | Banco.az

“Adidas” mənfəət proqnozlarını açıqlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ikinci ən böyük idman malları istehsalçısı “Adidas” 2024-cü il üçün gəlir və əməliyyat mənfəəti ilə bağlı proqnozlarını ikinci rübün gözləniləndən daha güclü olduğunu əsas gətirərək artırıb.

Banco.az xəbər verir ki, “Adidas”ın yeni proqnozuna görə, məzənnə fərqləri nəzərə alınmadan bu il şirkətin gəlir artımı 8-9% təşkil edəcək və əməliyyat mənfəəti 1 milyard avroya çatacaq.

Əvvəllər şirkət gəlir artımını 5-9% və 700 milyon avro həcmində əməliyyat mənfəəti proqnozlaşdırırdı.

İlkin məlumatlara görə, ikinci rübdə “Adidas”ın gəliri 9% artaraq 5,822 milyard avroya çatıb. Məzənnə fərqləri nəzərə alınmadan artım 11% təşkil edib.

Məlumata görə, “Adidas”ın son rübdə əməliyyat mənfəəti 176 milyon avrodan 346 milyon avroya yüksəlib.

Şirkət valyuta dəyişmələrinin bu il onun gəlirliliyinə mənfi təsir göstərməyə davam edəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətin səhmləri 3,8% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 29% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et