Almaniyanın idman geyimləri markası “Adidas” həftə sonu etdiyi açıqlamada ABŞ-dakı vebsaytından alış-veriş edən milyonlarla müştərisinin xakerlərin hücumuna məruz qaldığını və istifadəçi məlumatlarının sızdırıldığını açıqladı. Şirkət, etdiyi açıqlamada müştərilərə aid kredit kartı və fitness məlumatlarının oğurlanmadığını xüsusilə vurğuladı.
Xakerlər “Adidas”-ın onlayn mağazasına daxil olaraq müştəri məlumatlarını oğurlayıblar. Böyük şirkətlərin qorxulu yuxusuna çevrilən kiber hücumdan sonra “Adidas” kredit kartı və fitness məlumatlarının oğurlanmadığını, təkcə istifadəçi adı, şifrə və əlaqə məlumatlarının ələ keçirildiyini iddia edir.
Istifadəçilərinə şifrələrini dəyişdirmələrini bildirən “Adidas”, eyni zamanda hadisə ilə bağlı istintaq başladıldığını da açıqladı.
Tamara Mustafayeva, banco.az