ADB Azərbaycan daxil olmaqla region ölkələrinə 50 mln. dollar kredit ayırmağı planlaşdırır | Banco.az

ADB Azərbaycan daxil olmaqla region ölkələrinə 50 mln. dollar kredit ayırmağı planlaşdırır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə sərhəd keçid məntəqələrinin modernləşdirilməsi üzrə regional layihəyə kredit ayırmaq imkanını nəzərdən keçirir.

“İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.
Bildirilir ki, Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması və sərhəd infrastrukturunun təkmilləşdirilməsi sahəsindəki təcrübəsi layihə çərçivəsində model kimi qiymətləndirilir.

    Qeyd edək ki, layihənin ümumi dəyəri 50 milyon ABŞ dolları təşkil edir və maliyyələşdirmənin ADB-nin kapital resursları hesabına həyata keçirilməsi planlaşdırılır. Layihə konsepsiyasının 2027-ci ilin noyabrında, kreditin isə 2028-ci ildə təsdiqlənməsi nəzərdə tutulur.

    APA