Azərbaycanın adambaşına düşən ümumi daxili məhsulu (ÜDM) orta gəlirli ölkələrin adambaşına düşən ÜDM-nin orta göstəricisindən yüksəkdir.
Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
“Azərbaycanda bu göstərici 7 284 ABŞ dolları səviyyəsindədir ki, bu da orta gəlirli ölkələrin adambaşına düşən ÜDM-dən yüksəkdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində ticarət sektoru üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Sənayenin inkişafı baxımından biz texnologiyaları daha çox sənaye zonalarında istifadə edirik. Texnoloji inkişaf insan kapitalının inkişafı ilə paralel olmalıdır. Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil. Digər ölkələrdən texnologiyaların əldə edilməsi sənaye zonalarında bizə dəstək göstərir”, - deyə o qeyd edib.
report