Ad oxşarlığı bu şirkətin bazar dəyərini 12 dəfə artırdı | Banco.az

Ad oxşarlığı bu şirkətin bazar dəyərini 12 dəfə artırdı

Tamara Mustafayeva, Banco.az

Əvvəlki məqalələrimizdən də xəbərdar olduğunuz kimi, mesajlaşma tətbiqi Whatsapp "Məxfilik Şərtləri"ni yenilədiyi üçün istifadəçilər başqa tətbiqlərə yönəliblər. Bu əsnada İlon Mask da rəsmi twitter səhifəsindən Signal tətbiqini tövsiyə edən tvit yayımlamışdı ki, bu da öz növbəsində yanlış şirkətin bazar dəyərini artırıb. 

Belə ki, investorlar səhiyyə texnologiyası sahəsində fəaliyyət göstərən "Signal Advances" adlı şirkətin səhmlərinə sərmayə qoymağa başlayıblar. Sözügedən şirkətin səhmlərinin qiyməti tvitin yazıldığı gün 527% artıb. Səhmlər ötən dörd gün ərzində isə 300% artıma nail olub və 0.6 dollardan 8 dollara qədər bahalaşıb. Şirkətin bazar dəyəri isə 55 milyon dollardan 660 milyon dollara yüksələrək 12 dəfə artıb.

"Signal Advances" şirkətinin səhmlərinin misli görülməmiş dərəcədə artmasından sonra "Signal" mesajlaşma tətbiqinin sözügedən şirkətlə əlaqəsi olmadığına dair açıqlama edilib. Mesajlaşma tətbiqi rəsmi twitter səhifəsindən "İnsanların "Signal Advances"in rekord həddə böyüməsinə sərmayə qoymasını başa düşmək olur, ancaq bu, biz deyilik" yazaraq tvit yayımlanıb və "Signal"-ın birjaya bağlı olmadığı, yeganə sərmayələrinin istifadəçilərin məxfiliyi olması da vurğulanıb.

Həmçinin oxu: WhatsApp-ı silmək istəyənlər hansı mesajlaşma tətbiqinə yönəldi?

WhatsApp yenilənmə ilə bağlı AÇIQLAMA etdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram