Müəllif - Aida İsaq, Banco.az
Ötən həftə Seneqalın paytaxtı Dakarda keçirilən “Feed Africa” Sammiti qitədə qida çatışmazlığı ilə bağlı bəzi məqamları ortaya çıxardı.
Banco.az xəbər verir ki, Afrika İnkişaf Bankının 2022-ci il üçün açıqladığı statistikaya əsasən, dünyada aclıqdan əziyyət çəkən 828 milyon insanın 278 milyonu Afrikada yaşadığı məlum olub. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Afrikada müvafiq rəqəmlərin 2030-cu ilə qədər 310 milyona çata biləcəyi ilə bağlı həyəcan təbili çalır. Məlumatlara görə, Afrika dünyanın istifadə olunmayan kənd təsərrüfatı torpaqlarının 65 faizinə ev sahibliyi edir. Qitənin 2050-ci ilə qədər 9 milyard insanı qidalandırmaq üçün kifayət qədər münbit şəraitə malik olsa da, qitə əhalisi iqlim dəyişikliyi, kənd təsərrüfatı sektoruna sərmayə qoyulmaması, terrorizm və Rusiya-Ukrayna müharibəsi kimi amillər fonunda aclıqla üz-üzədir.
Bizi sosial şəbəkələrdən izləyin!!