Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokundan işləmənin əvvəlindən indiyədək ümumilikdə 412 mln. ton neft hasil edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
X.Yusifzadə qeyd edib ki, indiyədək dünya bazarında Azərbaycanın payına düşən 229 mln.ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır".
SOCAR rəsmisi qeyd edib ki, əgər indiyədək mövcud nəqletmə marşrutları ilə 440 mln ton neft xarici bazarlara çıxarılıbsq, onun 310 mln.tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
Mənbə: Report.az