AÇG-dən 287 milyon ton mənfəət nefti satılıb | Banco.az

AÇG-dən 287 milyon ton mənfəət nefti satılıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 milyon ton neft hasil edilib.

Bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən "dəyirmi masa" zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hasil edilən neftin 287 milyon tonunu Azərbaycanın mənfəət nefti təşkil edib.

X. Yusifzadə bildirib ki, bu ilin yanvar-avqust ayları ərzində AÇG-dən 18 milyon ton neft hasil edilib. Bu neftin 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu da bu yataqlar blokundan hasil edilən ümumi neftin 75%-ni təşkil edir.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et