May ayının 30-da "Samaxi Palace Platinum by Rixos" otelində ACCESS Bankın media nümayəndələri üçün “Mükəmməl müsahibənin sirləri” mövzusunda treyninq keçirilib.
Lakin təlim səfərin 2-cü günü baş verdi. Təlimdən əvvəl iştirakçılar qalacaqları məkanla tanış olub. 3 günlük Şamaxı turu əsasən iştirakçıların istirahətlərinin səmərəli keçməsinə yönəlmişdi. Tur boyu media nümayəndələri üçün, otel ətrafında qısa gəzintilər təşkil olunub. Həmçinin əyləncəli oyunlar da turun bir hissəsinə çevrildi.
Bankın əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında əla münasibət, səfərin daha da maraqlı keçməsində səbəb oldu. Həmçinin, həvəskar komandaların təşkil etdiyi voleybol matçı səfərə daha böyük rəng qatıb.
Təlimçi qismində, müstəqil ekspert Rəşad Bayramov çıxış edib. Qeyd edək ki, Rəşad Bayramov, marketinq və kommunikasiyalar üzrə magistr təhslini ABŞ-da Rochester Texnologiyalar İnstitutunda alıb. Təlim zamanı əsasən mükəmməl müsahibə almaq yolunda lazım ola biləcək ip ucuları və kələklər iştirakçıların diqqətinə çatdırılıb.
Onu da qeyd edək ki, treyninq sırf nəzəriyyə və leksiya xarakterli olmayıb. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşüblər.
Müsahibənin real məqsədləri iştirakçılara fərqli yollarla izah olunub. Təqdimatın ilk hissəsi insanı sorğu-suala tutan və insanı kəşf edən müsahibə arasında fərqin izahi ilə başlayıb. O cümlədən, müsahibədən əvvəl, müsahibə zamanı və müsahibədən sonra davranış və taktikalarla bağlı məqamlar vurğulanıb. Müxtəlif müsahibə üsulları (telefon, e-poçt, diktafon, kamera ilə və s.) iştirakçılara fərqli prizmalardan izah olunub. Barbara Volters və digər məşhur media nümayəndələrindən gətirilən dəyərli sitatlar iştirakçıların qeyd dəftərlərinə həkk olunan vacib detallardan sadəcə biridir.
Maraqlı və əyləncəli keçən səfər 31 mayda yekunlaşıb.
“AccessBank”ın təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Mobil jurnalistika” mövzusunda təlim ötən il Qubada keçirilib.