"Accessbank"ın sədr müavini işdən çıxıb | Banco.az

"Accessbank"ın sədr müavini işdən çıxıb

“Accessbank” QSC-nin İdarə Heyətinin sədr müavini Şakir Rəhimov işdən çıxıb.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, “Accessbank” 2002-ci ildə “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et