“Accessbank”ın rəhbərliyinə yeni TƏYINAT | Banco.az

“Accessbank”ın rəhbərliyinə yeni TƏYINAT

“Accessbank” QSC-nin İdarə Heyətinə (İH) yeni sədr müavini və baş maliyyə inzibatçısı təyin edilib.

Banka istinadən xəbər verilir ki, bu, Albrext Sabelusdur.

O, “Accessbank”da 2017-ci ilin aprel ayından işləyir, bundan əvvəl isə 20 ildən artıq bir müddətdə Almaniyanın və İsveçin qlobal miqyasda fəaliyyət göstərən “WestLB” və “SEB” banklarında maliyyə, risk idarəçiliyi və əməliyyatlar sahəsində çalışıb. Ümumilikdə, 12 il ərzində A.Sabelus “WestLB” bankının Şanxay, Honq-Konq, Tokio və Moskvadakı ofislərində COO/CFO vəzifəsində fəaliyyət göstərib.

Ən sərfəli kredit üçün müraciət et

“Accessbank”ın IH-nin yeni üzvü Almaniyanın Münster Universitetini biznes administrasiyası ixtisası üzrə bitirib, milliyyətcə almandır, ingilis və rus dillərini mükəmməl bilir.

Mənbə: Report.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et