“AccessBank”ın mənfəət və zərər göstəriciləri məlum olub | Banco.az

“AccessBank”ın mənfəət və zərər göstəriciləri məlum olub

“AccessBank” ASC 2016-cı ilin yanvar-sentyabr aylarına olan “Mənfəət və zərər hesabatı”nı açıqlayıb.

Banco.az xəbər verir ki, cari ilin 30 sentyabr göstəricilərində bankın Faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri 103 mln. 765 min manat, Faizlər və onlara bağlı xərcləri isə 46 mln. 993 min manat olub. Bankın Xalis faiz mənfəəti 56 mln. 772 min manat təşkil edib.

Hesabata əsasən, sözügedən dövrdə bankın Qeyri-faiz gəlirləri 15 mln. 928 min manat, Qeyri-faiz xərcləri isə 53 mln. 43 min manat olub. Xalis əməliyyat mənfəəti 19 mln. 656 min manat həcmində olub.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 98 mln. 854 min manat təşkil edib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini «AccessBank» olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib. 

Həmçinin bax:  "AccessBank"ın depozit portfeli artıb