Accessbank SMM mütəxəssis axtarır | Banco.az

Accessbank SMM mütəxəssis axtarır

"AccessBank" sosial şəbəkələr ilə çalışa biləcək mütəxəssis axtarışındadır.

Vakansiya üçün öhdəliklər:

  • Sosial şəbəkələrdə və populyar tətbiqlərdə qrupların yaradılması, tərtibatı, aparılması (moderasiya) və inkişaf etdirilməsi (FB, Instagram, twitter, youtube və s.)
  • Qrupların menecmenti, kontentin yazılması, postinq, tarqetinq reklam, viki-nişanlama, müştəri/podratçı ilə qarşılıqlı fəaliyyət
  • İstifadəçi fəallığının dəstəklənməsi, tematik forumlarda, qruplarda müzakirə üçün mövzuların təklifi, müzakirələrdə fəal iştirak, rəylərlə iş
  • Seçilən məhsullar və xidmətlər üçün kreativ ideyaların hazırlanması
  • Statistikanın izlənməsi, analitika əsasında alınan nəticələr üzrə kampaniyaların optimallaşdırması
  • Rəqib-qrupların monitorinqi

Tələblər:

  • SMM mütəxəssis kimi ən azı 1 iliştəcrübəsi
  • Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı, bazar və digital-marketinq trendlərinin biliyi
  • İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür
  • Sosial şəbəkələrdə məhsulun və ya xidmətin ən azı bir uğurlu internet-irəlləyiş kampaniyası
  • Photoshop üzrə ilkin biliklər (retuş və reklam maketlərinin yenilənməsi ilə iş)
  • Azərbaycan dilinin qrammatika və leksikasını dərindən biliyi və düzgün tətbiq edilməsi. İngilis və rus dillərində bilən namizədlərə üstünlük verilir
  • Kontent yaratma və ustalıqla onu təqdim etmə bacarığı
  • İlkin analitika bacarıqları – google analytics, yandex metrika, məlumatları istifadə və idarə etmə, hesabatı yaratma təcrübəsi, neqativi tarazlama, rəy yazma təcrübəsi
  • Şəxsi keyfiyyətlər: Məsuliyyətlilik, operativlik, diqqətlilik

Maraqlanan şəxslər 20.09.2016 tarixinə qədər öz CV formalarını[email protected] elektron poçt ünvanına göndərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.