AccessBank - Sizin Yerli Avropa Bankınız
Bu gün hamının AccessBank adı ilə tanıdığı bank ilk dəfə 2002-cü ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı adı altında fəaliyyət göstərməyə başlayıb. Bank Oktyabrın 29-da Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW and LFS Financial Systems tərəfindən təsis olunub.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı Azərbaycanda mikromaliyyələşdirmə konsepsiyasının formalaşmasında böyük rol oynamışdır. Yarandığı dövrdən bankın əsas missiyası kiçik və orta biznesin, eləcə də az və orta gəlirli ailələrin bütün növ xidmətlərinə çıxışı təmin etmək idi. 2005-ci ildən AccessBank öz xidmətlər sahəsinə əmanət hesablarını da daxil edib. 2006-cı ildən başlayaraq AccessBank öz müştərilərinə bankdaxili plastik kartlar, istehlak kreditləri və VİSA plastik kartlarını da təklif etdiyi məhsullar sırasına daxil edib. 2008-ci ilin sentyabr ayından etibarən Bankın xidmət çeşidlərinə, daxili çiplərlə təchiz edilmiş plastik kartlar əlavə olunmuşdur
2008-ci ildə bank həm korporativ imic nöqteyi-nəzərindən, həm də təqdim etdiyi xidmətlərin mikromaliyyələşmə ilə məhdudlaşmaması və daha geniş çeşidli olması ilə əlaqədar olaraq, rebrendinq həyata keçirərək, öz fəaliyyətini AccessBank adı altında davam etdirməyə başladı. Lakin, o öz ilkin missiyasına bu gün də sadiq qalır.
Mikromaliyyələşdirmə dedikdə - yenicə fəaliyyətə başlayan və inkişaf üçün ənənəvi bank maliyyəsinə yol tapmaqda çətinlik çəkən mikro həcmli və xırda sahibkarların maliyyələşdirilməsi başa düşülür. Hətta bunu bəzi mənbələrdə “ilkin maliyyə yardımı” adlandırırlar.
AccessBank isə məhz o banklardan ki, əhalinin az təminatlı hissəsinə kreditlər verməklə, həmin insanların maddi təminatının düzəlməsində yardım etmişdir. Adi bir qəssaba, dükan sahibinə və peşə sahiblərinə kiçik məbləğli kredit verməklə onların xırda bizneslərini tədricən böyütmələrinə yardımçı olmuşdur.
Bankın avropalı səhmdarları burada həmişə Avropa standartlarının qorunmasına diqqət edir və nəzarət edir, bu özünü həm bankın korporativ idarəçiliyində, həm lreditləşmənin təşkilində, bankın korporativ sosial məsuliyyətində və digər aspektlərdə də göstərir.
AccessBank yeganə banklardandır ki, bu gün hər bir filialın qarşısında maliyyə hədəfləri ilə yanaşı, həm də CSR (KSM) hədəfləri qoyulur. Bankın keçirdiyi CSR tədbirləri həm məzmun, həm də format baxımından olduqca müxtəlif və təqdirəlayiqdir.
Bu gün bankın 40 filialı vardır ki. onlardan 15-i Bakıda, 25-i isə regionlarda yerləşir.
Bəzi maliyyə göstəriciləri (min manat) |
|
Məcmu kapital |
120 649,77 |
Cəmi aktivlər |
805463,16 |
Cəmi kredit portfeli |
627 874,26 |
Müştəri depozitləri |
213 052,45 |
Qeyri faiz gəlirləri |
14 484,34 |
Xalis mənfəət |
34 654,38 |
Beynəlxalq reytinq
Fitch Ratings Agentliyi tərəfindən “BB+ proqnoz sabit” səviyyəsində təsdiqlənib
Uzun müddətli EDR (Uzunmüddətli defolt emitent reytinqi): ‘BB+’ stabil inkişaf səviyyəsində təsdiqlənib
Qısa müddətli EDR (Uzunmüddətli defolt emitent reytinqi): ‘B’ səviyyəsində təsdiqlənib
Dayanıqlılıq reytinqi: ‘B’-dən ‘BB-‘-ə yüksəlib
Dəstək reytinqi: 3 səviyyəsində təsdiqlənib
Bankın Səhmdarları
Könül Soltanova/ Banco.az