AccessBank “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim təşkil edib | Banco.az

AccessBank “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim təşkil edib

Oktyabr ayının 6-da AccessBank-ın Baş ofisində kütləvi informasiya nümayəndələri üçün “Maliyyə biliklərinin artırılması” mövzusunda təlim təşkil olundu. Tədbirdə Banco.az olaraq, biz də iştirak etdik.

Tədbirdə Dünya Bankının ekspertləri İvo JenikŞon Mundi iştirak edib.

Təlimdə aşağıda qeyd olunan mövzular əhatə olunub:

  • Əhalinin maliyyə savadlılığının artırılmasında medianın rolu
  • Azərbaycanda maliyyə savadlılığından kim bəhrələnəcək və hansı fayda əldə olunacaq
  • Azərbaycanda maliyyə savadlılığının inkişaf strategiyası

Təlim İvo Jenikin giriş sözləri ilə başladı. Hüquqşünas, maliyyə savadlığının vacibliyini vurğuladı, maliyyə servisləri və məsuliyyətli kreditləşmə haqqında danışdı. İvo Jenik artıq bir neçə ildir ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərir.

Şon Mundi Böyük Britaniyada Milli Maliyyə Savadlılığı Strategiyası üzərində işləyir. O, çıxışı zamanı bildirdi ki, 2009-cu ildən bəri Azərbaycanda olmayıb və aradan keçən illər ərzində Bakı çox dəyişib.

O qeyd etdi ki, insanlardan, öz maliyyə məsələləri üzrə keçmişdəkinə nisbətən daha çox məsuliyyət daşımaqları gözlənilir. Çünki, məhsulların çeşidliliyinin və mürəkkəbliyinin artıb, bu da insanların anlamaya biləcəkləri riskləri ortaya çıxarır. Həmçinin, asan kredit əldə etmə imkanı keçmişdəkinə nisbətən daha yüksəkdir. Əgər kredit almaq asandırsa, onda deməli borca girmək daha asandır. Bundan başqa hazırda internet dələduzluğu halları da xeyli çoxalıb. Maliyyə savadsızlığı üzündən və ya borclanma səbəbindən insanlar gələcəklərini düşünmür, əmanət qoya bilmirlər.

Maliyyə savadlılığının artırılması, həmçinin ölkənin umumi iqtisadi inkşafı üçün də müsbət haldır. Çünki belə olduqda iqtisadi çətinlik tamamilə aradan qaldırılır. Insanlar məqsədli şəkildə kredit götürürlər, pullarını düzgün idarə etməyi öyrənirlər və s. Həmçinin, bu amil yoxsulluq faktını da azaldır.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə məsələləri üzrə bacarıqların gücləndirilməsi üçün Milli Strategiya hazırlanmalıdır.

İşi irəli doğru aparmaq üçün güclü rəhbərlik – və rəhbərliyi resurslarla yaxşı səviyyədə təmin etmək – lazımdır. Rəhbərlik: milli strategiyanın hazırlanması və həyata keçirilməsinə başçılıq etmək, təşəbbüs göstərmək, əməkdaşlıqlar qurmaq və koordinasiya aparmaqdan ibarətdir

Rəhbər bir qayda olaraq mərkəzi bank olur – Azərbaycanda bu ARMB-dır.

Maliyyə məsələləri üzrə bacarıqların genişləndirilməsi proqramına aşağıdakılar aiddir.

  • Məktəblərdə maliyyənin tədrisi
  • Yeniyetmə və gənclər üçün proqramlar
  • İş yerlərində maliyyənin tədrisi
  • Müxtəlif media vasitələrindən istifadə
  • Maliyyə savadlılığı üzrə internet-səhifə
  • Maliyyənin etibarlı vasitəçilər tərəfindən tədrisi
  • Tədris üçün münasib məqamlar

Ekspertlər hesab edirlər ki, media vasitəsilə maliyyənin tədrisi daha effektivdir.  Lakin, bunun üçün bəzi kələklərdən istifadə etmək lazımdır. Məsələn informasiyanı qəzetlərin maliyyə bölməsində deyil, ictimaiyyətə daha geniş xitab edən bölmələrdə yerləşdirsələr bu daha səmərəli olar. Çünki, insanlar maliyyə biliklərini artırmağa təşviq edən xəbərləri oxumağa bir o qədər meyilli deyillər. Və ya, qəzetlərin maliyyə bölməsini ən çox bu sahə ilə məşğul olanlar oxuyur.

Maliyyə biliklərini ehtiva edən yazıları həmçinin qadın jurnallarında da yerləşdimək olar.  Həmçinin komiks kitabları və posterlər də müvafiq informasiyanın yerləşdirilməsi üçün arzu olunandır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et