Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank 2023-cü ilin 4-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2022-ci ilin nəticəsi ilə müqayisədə 24,8 milyon manat və ya 2,6 dəfə artaraq 39,8 milyon manata çatıb.
Bankın aktivləri 2022-ci illə müqayisədə 223 milyon 432 min manat və ya 19,1% artaraq ötən ilin sonunda 1 milyard 392 milyon manat təşkil edib.
Hesabat dövründə bankın kredit portfeli 24,6% artaraq 1,1 milyard manata yüksəlib. Depozit portfelinin həcmi isə 1 milyard 51 milyon 575 min manata çatıb ki, bu da 2022-ci ilin sonu ilə müqayisədə 22,3% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!