AccessBank-ın İT eksperti Leonidas Glynos: "Bakı məni hisslərimi rəsmlər vasitəsi ilə ifadə etməyə ilhamlandırır" | Banco.az

AccessBank-ın İT eksperti Leonidas Glynos: "Bakı məni hisslərimi rəsmlər vasitəsi ilə ifadə etməyə ilhamlandırır"

Bir az keçmiş təcrübə haqqında

Hal-hazırda Leonidas Glynos, AccessBank Azərbaycanda İT üzrə aparıcı biznes konsultantdır. AccessBank komandasına qoşulmazdan öncə, o, Temenos Almaniya vasitəsi ilə LFS Konsaltinq Kompaniyasında çalışıb – qeyd edilən şirkət AccessBank üçün bank sistemi proqram təminatının hazırlanmasını həyata keçirib. Dünyada TOP 50 maliyyə şirkətindən 41-i, öz bank sistemləri üçün məhz Temenos şirkətini seçir. 2013-cü ildən bəri cənab Leonidas həmin layihənin çərçivəsində AccessBank üçün dolayı (LFS vasitəsi ilə) və bir başa yolla müxtəlif treninqlər və konsultant xidmətləri həyata keçirib. 2016-cı ilin iyulunda isə bankda tam ştatda işə dəvət olunub və təklifi qəbul edib.

Necə oldu ki, yolu Azərbaycandan düşdü

“Bank mənimlə əlaqə saxladı və məndən soruşdular ki, bu şirkət üçün əməkdaş kimi işləmək istəyərəmmi? Mən bankda işləməyə gözəl bir fürsət kimi baxdım, çünki o zamana qədər yalnız vendor qismində çalışmışdım. Mən həmişəki kimi vendor olmaq yerinə, işin müştəri tərəfini görmək fürsətini dəyərləndirmək istədim.

Fərqli olsa da, mənim üçün sürpriz deyildi. Çünki, Bakıya bir neçə səfərim olmuşdu, mən buradakı mühiti görmüş, treninqlər vermiş, proqramı sınaqdan keçirtmişdim. Bir neçə dəfə bir neçə günlük səfərim olmuşdu.

Mən Azərbaycanda işləmək təklifini ona görə qəbul etdim ki, iş mühitini artıq tanıyırdım. Bank yeni sistemi “canlı” işə salanda isə, biz dörd həftə ardıcıl şəkildə burada qaldıq.

 “Ona görə də mənim üçün naməlum bir şey deyildi, təklifi qəbul etməzdən öncə mühiti görmüşdüm və mən təklifi ona görə qəbul etdim ki, mühiti artıq tanıyırdım, ona görə də mən burada birdən birə peyda olmamışdım”.

Bunun üçün çox müsbət zəmin yaranmışdı. Elə öncədən AccessBankın layihədə birbaşa iştirak edən komandası ilə çox gözəl əməkdaşlıq var idi. Onlar olduqca əməkdaşlığa meyilli və yardımsevər idilər.

“Belə deyək, mənimlə bank əmədaşları arasında özünəməxsus bir kimya formalaşmışdı”.

Azərbaycanda iş mühiti haqqında

Siz də təsəvvür edə bilərsiniz, həmişə lehinə və əleyhinə məqamlar, üstünlüklər və çətinliklər olur.

“Azərbaycana işləməyə gedirəm” deyəndə bu ifadə yəqin ki, çoxları üçün cəlbedici səslənmir, amma sadəcə ifadə olaraq. Demək istəyirəm ki, burda işlərin necə olduğunu bilməsəydim və iş dəvəti alsaydım, onda qərarvermədən öncə bir də düşünərdim.

Amma mən özüm üçün bunları kəşf etdim:

  1. İlk növbədə bura kifayət qədər təhlükəsiz yerdir, Avropanın bir çox yerlərində baş verən terror hadisələrini və digər hadisələri nəzərə alsaq. Mən özümü burda çox təhlükəsiz hiss edirəm. Əlbəttə, küçədə yol keçərkən bir az diqqətli olmaq lazımdır.
  2. Bura çox gözəl yerdir və nəsə etmək üçün imkanlar çoxdur. Mən deməzdim ki, çatışmayan nəsə var. İstər gecə həyatı olsun, istər restoranlar. Həyat elə də baha deyil,  xüsusən Avropa qiymətləri ilə müqayisə edəndə - məsələn kommunal xərclər çox ucuzdur.
  3. İnsanlar çox mehribandır. Azərbaycanlılar hətta ilk başda bunu göstərməməyə çalışsalar da çox emosional insanlardır və yunanlar da emosional xalqdır. Ona görə də, mən dedim ki, bu xoş münasibətin arxasında xüsusi bir kimya dayanır.
  4. İş mühiti – mən 30-dan çox layihədə iştirak etmişəm, xüsusən də, bank sistem proqramına görə. Mən Kanadadan Hindistana, Avropadan Misirə qədər müxtəlif ölkələrdə 30 layihədə iştirak etmişəm

“Bu, mənim üzərində daha uzun müddət çalışdığım ilk layihədir və bu, mənim ən çox zövq aldığım layihədir”

Çünki, mühit çox sağlamdır, sən eyni zamanda həm öyrədir, həm də öyrənirsən, sən öz biliyini ötürür, insanlara çatdırır və əvəzində nələrsə əldə edirsən.

“Gözəl mübadilə baş verir: sən, verir və əldə edirsən”.

Bakı (AceessBank) və dünyanın başqa yerində işləmək arasındakı fərq haqqında

Prosesslər fərqli deyil. Amma hər bir ölkənin və hər bir təşkilatın özünün fərdi xüsusiyyətləri və edilməli olan tapşırıqları vardır. Deməli, dəyişən prosess deyil. Bəzi şeylər hər dəfə sahib olduğumuz fərqli ehtiyaclardan dolayı mühitə uyğunlaşdırılır. Sözün düzünə qalsa, mən AccessBank ilə hər hansı bir Almaniya və ya İlgitərə şirkəti arasında, o cümədlən hər hansı bir digər şirkətdə işləmək arasında fərq görmürəm.

 “Mən sadəcə sağlam bir təşkilat görürəm. Mən demək istəyirəm ki, sağlam münasibətlər sağlam təşkilatdan irəli gəlir. Həmçinin bu çox yaxşı təşkilatlanmış (nizam-itnizamlı) bir bankdır.”

İnsanlar çox peşəkardır və mən öncə də dediyim kimi, dolayı yolla olsa belə artıq 4 ildir ki, AccessBank üçün işləyirəm və aramızada çox güclü bağ formalaşıb. Bir çox işlər mənim üçün asanlaşdırılıb, bu təşkilatda işləmək mənə asandır və mən həqiqətən işimdən zövq alıram.

Düzdür, indi siz deyə bilərsiniz ki, mən bunu sadəcə hazırda Accessbank-da işlədiyimə görə deyirəm. Amma elə deyil. Həm də mənim yaxşı bir üzrlü səbəbim var. Çünki, mən ilk dəfədir ki, müştəri tərəfdən işləyirəm.

Vendor tərəfdən işləmək daima təzyiq altında olmaq deməkdir. Vendor tərəfində olanda sən sadəcə 8 saat işləmirsən, 8 saatlıq iş sənin üçün bayram deməkdir, iş saatları 12 saatdan 20 saata qədər uzana bilir və bu sadəcə qısa bir müddət üçün, məsələn həftəsonu üçün olmur. Bu cür qrafik uzun davam edir. Müştərini məmnun etmək üçün daima təzyiq altında olmursan. İndi isə, mən müştəri tərəfdəyəm.

Əlbəttə, burada da müəyyən təzyiqlər olur – çünki sənin “deadline”-ların olur, sən işləri spesifik günlərdə təhvil verməlisən, amma həm də burada olduqca nizamlı təşkilatın, peşəkar insanların və sağlam komanda işinin gözəl kombinasiyası vardır və bu, işlərin icrasını çox hamarlaşdırır. Ona görə də, hər hansı bir kiçik gərginlik və ya  təzyiq olsa da bu çox təbii və hətta xoş qarşılanır, çünki sənin buna da ehtiyacın olur. 

Küləkli Bakı haqqında

Burada iqlim elə demək olar ki, Yunanıstandakı kimidir, yayda havalar dəhşət isti, bəzən 45 dərəcəyə qədər yüksələ bilər, qışda isə soyuq olur, düzdür Bakıda daha soyuqdur, amma mən inaıram ki, bunun tək səbəbi küləkdir, külək olmasa eyni olardı. Külək yeganə əsas fərqdir. Əslində o, məni elə də narahat etmir.

 “Mən bütün fəsilləri sevirəm və Bakı bütün fəsilləri yaşamağa imkan verən bir şəhərdir: payız payız kimidir, qış qış kimi, yaz yaz kimi və yay da yay kimi”.

İlin bütün fəsilləri gözəldir və mən təbiətin, fəsillərin dəyişməsini seyr etməyin mükün olduğu bir yerdə yaşamağı xoşlayıram.

Mənim yaşadığım bəzi yerlərdə, ildə 10 yay və 2 ay yaz olurdu, qış isə yox idi. ABŞ-da oxuyanda, başlanğıcda bu mənim üçün həyəcanlı idi, çünki mən çimərliyə getməyə daha çox vaxt sərf edə bilirdim. Amma müəyyən müddət sonra bu darıxdırıcı oldu. Təsəvvür edin, Milad bayramı idi, biz isə çimərliyə gedirdik. Ona görə də burada iqlim yaxşıdır və mənim xoşuma gəlir.

Bakıda sevdiyi yerlər

Gözəl yerlərin sayı çoxdur. Əlbəttə, mənim sevdiyim yer var – bu Hard Rock Kafedir. Mən ora getməyi çox xoşlayıram, çünki mən musiqi vurğunuyam və ora musiqiyə qulaq asa biləcəyim yerdir.

Çox vaxt mən gəzməyə çıxanda çalışıram – tanımadığım yerlərə gedim, yeni məkanlar kəşf edim, hər şeyin necə qurulduğunu görüm, hansı fərqliliklər var. Amma sevdiyim yerlər – Fəvvarələr Bağı (mən orada piyada gəzməyi sevirəm), İçəri Şəhər və Bulvardır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin mən Qobustanda, Şahdağda, Göygöldə olmuşam, mən daha çox yerlər görmək istəyirdim, ona görə də getmişəm.

Həftə sonlarını necə keçirməsi haqda

Boş vaxtım olanda rəsm çəkməyi çox sevirəm, mən ətrafı gəzirəm, yeməyə harasa gedirəm və nəhayət evə qayıdıb, vaxtımı rəsm çəkməklə keçirirəm.

“Bakı məni hisslərimi rəsmlər vasitəsi ilə ifadə etməyə ilhamlandırır”

Gerçəklər və stereotiplər- Azərbaycana ilk gəlişi

 Amma heç vaxt Azərbaycan haqqında turistik bir məkan kimi düşünməmişəm. Yəni beynimdə heç vaxt belə bir plan qurmamışam ki, məsələn “Gəlin tətildə Azərbaycana gedək” ya “Bir neçə günlüyə Azərbaycana gedək”. Amma Azərbaycana səyahət edəcəyimi öyrənəndə bu xəbər məni həyəcanlandırdı.

Əlbəttə - qayğısına qalmalı olduğum işlərin çoxluğu məni bir az heyrətləndirmişdi.

Məsələn, biz Azərbaycanda qaldığımız (və ya səyahət etdiyimiz) günlərin sayının hesabatını aparmalıyıq,  çünki ölkə ərazisində qala biləcəyin günlərin sayı məhduddur, hətta səfərin məqsədi biznes olsa belə. Yəni, Azərbaycanə səyahət edəndə, müəyyən miqdarda gündən çox qala bilməzsən, Miqrasiya Xidmətinə məlumat verməlisən. Bura gələndə telefonunu qeydiyyatdan keçirtməlisən. Ümimilikdə, mən bəzi şeylərin bir-birinə nə qədər zidd olmasına təəccüb edirdim.

Çoxlu sayda idman tədbirləri keçirilirdi – İlk Avropa Oyunları, Həmrəylik Oyunları, Formula 1 – bu o deməkdir Azərbaycanın reklam olunması üçün çoxlu işlər görülüb.

Bunu həmçinin məşhur futbol klubu – Atletiko Madridin formasında da görmək mümkün idi. Yəni, Azərbaycan təbliğatı üçün vəsait sərf edir. Amma buna baxmayaraq ölkəyə daxil olmaq yenə də çətindir və sən daxil olandan sonra istədiyin qədər qala bilməzsən. Əgər ölkədə qaldığın günlərin sayı 10 gündən çoxdursa Miqrasiya Xidmətinə harada olduğun haqqında məlumat verməlisən. 

 “İnsanları cəlb etmək üçün çoxlu sayda iş görülüb və sən sərhədə tərəf gələndə görürsən ki, bəzi maneələr var və sənə deyirlər ki, sən ölkəyə daxil ola bilərsən, amma yaxşı olar ki, bacardığın qədər tez də qayıdasan”.

Bundan əlavə, çox gözəl mədəniyyət tədbirləri olur, cazz festivalı kimi. Mən hər dəfə burada cazz festivalı olanda, həqiqətən çox zövq alıram.  

AccessBank üçün yaradılan dəyər

Mənim rolum, biznes konsultantdır. Bu nə deməkdir? İT departamentinin biznes konsultantlar komandası vardır. Nə zaman ki, onlar müəyyən bir problemi həll etməlidir – istər bu bankın sistemi ilə bağlı olsun,və ya hər hansı bir departamentdən gələn yeni tələb – yəni, bizim yeni məhsulumuz və ya yeni funksiyonallıqla  bağlı müraciət. Mən o şəxsəm ki, həmin müaciətin düzgün analiz olunub-olunmadığını, onun sistemə uyğunlaşdırıla biləcəyini və ya yenidən sistemdə yaradılmalı olduğunu yoxluyum. Mən, mütəmadi olaraq bankın biznes konsultantlarına bu istiqamətdə bələdçilik edirəm.

Bu bir növ istiqamətləndirmək, bilikləndirmək və nəticələri test etməkdir.

 “Bank üçün yaradılan dəyər” – yaxşı olar ki, bu haqda Bankın özündən soruşasınız. J

Mən sistem meyilliyəm. Mən bu sistemlə 18 il işləmişəm və  onunla bağlı geniş təcrübəm var, deməli mən bilik əldə etmək üçün yaxşı istinad nöqtəsiyəm J

AcessBankın tələbləri

Bir çox işlər planlaşdırılıb. Sən bu gün, sabah ya o biri gün üçün nə gözləyəcəyini bilirsən. Əlbəttə ki, plandan kənar çıxan işlər də ola bilər – hər bir təşkilatda belə hallar olur, amma qayda qaydadır.

Mən “asan layihələr” və”tələbkar layihələr”də işləmişəm. “Tələbkar lahiyələr” çox yorucu idi, hər gün cəmi 2-3 saat yuxu yatmaq olurdu və bu uzun müddət davam edirdi. Bu isə sağlamlığa ziyandır. Düzdür, mən o zaman da özüm üçün pozitivlər tapmağa çalışırdım.

“Həyat yaxşı və pis şeylərdən ibarət deyil, mən deyərdim, yaxşı şeylər və təcrübə”.

Dil baryeri haqqında

Ümumi götürdükdə asan deyil – yəni, dilini bilmədiyin ölkədə yaşamaq asan deyil. Amma mən başqa ölkələrə də səyahətlər etmişəm, ona görə də belə deyək, mənim ortaq dildə danışmayan ölkələrdə kommunikasiya qurmağın öhdəsindən gəlməklə bağlı təcrübəm var idi – kommunikasiya qurmaq, əməkdaşlıq etmək, işləmək baxımından. Necə olsa da, harada olmağından asılı olmayaraq, hətta yerli dili bilməsən də kommunikasiyaya daxil olmaq üçün yol tapırsan.

Mən Azərbaycana insanların əksəriyyətinin ingiliscə danışacağı gözləntisi ilə gəlməmişdim. Çünki, yerli dil azərbaycan dilidir, türk dili ikinci yaxın dildir və insanlar rus dilində də danışır. Bu artıq 3 dil deməkdir – siz ingilis dilinin 4-cü dil olmasını gözləyə bilməzsiniz. Siz yaşlı əhalinin və ya əhalinin böyük bir hissəsinin ingiliscə danışacağını gözləmirsiniz. Bu demək olar ki, mümkün deyil. Mən buna hazır idim.

 Nəhayətdə, əgər siz bir yerdə işləmək və hələ orada yaşamaq istəyirsinizsə, siz ölkənin sizə doğru gələcəyini gözləmirsiniz. Siz ölkəyə tərəf getməlisiniz. Əgər orada yaşamaq  istəyirsinizsə, öyrənməyə başlayın. Azərbaycan dilini öyrənin, rus dilini öyrənin.

 “Əgər qəbul olunmaq istəyirsinizsə, uyğunlaşmalısınız, əgər icmanın bir hissəsi olmaq istəyirsinizsə, siz icma ilə ayaqlaşmalısınız. Mən yunan olduğuma görə, insanların yunan dilini öyrənəcəyini gözləmirəm”.

Bakıdakı həyatla bağlı ən yaxşı xatirə

Mən həyatımı hər gün yaşayıram və ondan mümkün qədər ən yaxşı şeyləri almağa çalışıram.Hər gün yaxşı nəsə baş verir, mən ümumiyyətlə optimist insanam və çox müşahidə edirəm. Mən müxtəlif duyğuları qəbul etməyi xoşlayıram və fərqi yoxdur onlar pozitivdir ya neqativ.

Bu mənim insanlardan qəbul etdiyim hisslərdir – onlar mənə daha yaxşı insan olmağa kömək edir. Dünən qəmgin gördüyüm bir insanı bu gün xoşbəxt görə bilərəm və ya onun təbəssümünü görə bilərək. Mən hər gün gözəl nəsə əldə edirəm – bu bir hərəkət ola bilər, bir əl-sıxmaq, təbəssüm, ya biz hansısa tətbiqi uğurla başa vurmuş ola bilərik, ya testin nəticəsi uğurlu olar, ya dostlarımızla gedib nəsə içəcəyik deyə və ya söhbət edəcəyik. Məni davamlı olaraq xoşbəxt edən şeylər var. Mən hər gündən zövq alıram. Azərbaycan haqqında sadəcə bir xatirəm olsun istəmirəm.

Demək istəyirəm ki, vaxtı çatanda Azərbaycandan getməli olacağam və düşünmürəm ki, mənim sadəcə bir xatirəm olmayacaq, hansını ki, mən ən yaxşı xatirə adlandırım. Çoxlu sayda unudulmaz xatirələr olacaq. Çünki, mən hər gün məni əhatə edən insanlardan pozitiv nələrsə alıram. 

Müsahibə üçün təşəkkürlər,

Könül Soltanova, Banco.az

Müsahibə üçün təşəkkürlər,

Könül Soltanova, Banco.az