AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu | Banco.az

AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu

 Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu.

24 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olundu. Münsiflər heyəti tərəfindən daxil olunan layihələr arasında müəyyən olunan  innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 20 layihə seçildi. İkinci mərhələdə isə 7 layihə seçilərək finala keçid aldı.

Münsiflər heyətinin qərarına görə, I yerin sahibi “Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev və sonuncu III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy elan olundu.

“Bizdən Biznesə” müsabiqəsinin uğurla başa çatması bizim üçün əhəmiyyətli hadisədir. Biz ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən və sahibkarların biznes ideyalarını reallaşdırmalarına dəstək verməkdən qürur duyuruq. AccessBank hər zaman bizneslərin inkişafına aktiv dəstək verir. Əminik ki, bu cür təşəbbüslər bizneslər üçün yeni imkanlar açır və bunu nəzərə alaraq, startap müsabiqəsini ənənəyə çevirərək hər il keçirməyi düşünürük”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

“Bizdən Biznesə” layihəsinin şərtlərinə görə I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün AccessBank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edildi.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərazidə AccessBank vasitəsilə ölkə daxili aparılan bütün bank əməliyyatları komissiya ödənişlərindən azad edilir.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bil

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.