AccessBank-ın Baş sponsorluğu ilə “İdeya-2017” müsabiqəsi başa çatdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

AccessBank-ın Baş sponsorluğu ilə “İdeya-2017” müsabiqəsi başa çatdı

Müsabiqənin qalibləri Bankın Baş ofisində mükafatlandırıldı

Bakı, 19 dekabr. “Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən “İdeya-2017” müsabiqəsinin ilk üç yerin qalibləri AccessBank tərəfindən mükafatlandırdı. Bank qaliblərin hər birinə balansında 500 manat məbləğində olan MyCard hədiyyə etdi.

Müsabiqənin həyata keçirilməsində əsas məqsəd valideynlərin məktəblilərin həyatında daha fəal iştirakını təmin etməkdən ibarət idi. Müsabiqədə iştirak edən valideynlər məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədi ilə müxtəlif layihə təqdim etməli idilər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib. Qaliblərdən ilk üç yerin sahibinə “Məktəb İcmaları” layihəsinin baş tərəfdaşı olan “Accessbank”, digər yeddi yerə layiq görülənlərə isə “Sağlam Ailə” Tibb Mərkəzi və “Şərq-Qərb” Nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.

Xatırladaq ki, “Məktəb icmaları” layihəsi AR Təhsil Nazirliyinin təşəbbüsü ilə community.az portalı tərəfindən həyata keçirilir.