AccessBank-da İŞ VAR! - Vakansiya | Banco.az

AccessBank-da İŞ VAR! - Vakansiya

 

Vergilər üzrə Menecer və ya Mütəxəssis

Əsas funksiyaları:

 Bankın maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik vergi hesabatların hazırlanması və göndərilməsi;
 Bank üzrə vergi və dövlət sosial müdafiə fonduna ödənişlərin müəyyən edilməsi və aparılmasına nəzarət;
 Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlamalarında bankı təmsil etməklə yoxlama prosesində iştirak edilməsi;
 Bankın vergi hesablaşmaları ilə əlaqədar daxili tranzit hesablarına və bankla dövlət büdcəsi arasında olan hesablaşmalara daimi nəzarət;
 Bankda aparılan mütəmadi kənar audit yoxlamaları üçün zəruri məlumatların hazırlanıb təqdim edilməsi;
 Vergi orqanından bankın öhdəlikləri və vəzifələri ilə əlaqədar daxil olan məktub və sorğuların araşdılması və cavablandırılması;
 Vergilər ilə bağlı baş ofis və filiallardan daxil olan sorğuların cavablandırılması.

Ən sərfəli kredit üçün müraciət et

Namizədlərə qarşı irəli sürülən tələblər:

 Ali təhsil;
 Ən azı 5 il müddətində mühasibatlıq sahəsində iş təcrübəsi;
 Yaxşı səviyyədə Azərbaycan və rus dilləri biliyi;
 Vaxtı mükəmməl idarə etməyi bacarmaq;
 Ünsiyyətcillik, iş qabiliyyəti, inadkarlıq, tez öyrənmə bacarığı;
 Məsuliyyət, problemləri cəld həll etmək bacarığı
 Excel və Word kompüter proqramları və elektron poçtu ilə işləmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

  •  

Ən sərfəli krediti almaq üçün müraciət et