"Access Bank"ın İdarə Heyətinin yeni üzvlərinin adları açıqlanıb | Banco.az

"Access Bank"ın İdarə Heyətinin yeni üzvlərinin adları açıqlanıb

"Access Bank" QSC-nin İdarə Heyəti (İH) sədrinin yeni müavinlərinin adları açıqlanıb.

Məlumata görə, Bankın İdarə Heyətinin sədr müavini vəzifələrinə Moldova vətəndaşı Andrey Zaunulin və Qırğızıstan vətəndaşı Yevgeniya Qaşikulinanın təyin ediləcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Onlar bu vəzifələrdə bir qədər əvvəl "Bank Respublika" ASC-nin İH-nin sədri təyin edilmiş Tariyel İsmayılovu və vətəninə - Almaniyaya qayıtmış Albrext Sabelusu əvəz edəcəklər.

Report.az