Abşeronda sahibkarların startap layihələri dəstəklənəcək | Banco.az

Abşeronda sahibkarların startap layihələri dəstəklənəcək

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən verilən məlumata görə, SKMF Abşeron rayonunun Xırdalan şəhərində işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Abşeron rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələrinin dəstəklənməsi, ixtisaslaşdırılmış "yaşıl market"in, tara istehsalı müəssisəsinin və müasir istixana kompleksinin, həmçinin zeytunçuluq, badamçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et