Enerji tələbatı artdıqca ABŞ yaxın illərdə neft və təbii qaz hasilatını artıra bilər.
Banco.az xəbər verir ki, bunu Əbu-Dabidə mətbuat konfransında çıxış edən ABŞ-ın energetika naziri Kris Rayt deyib.
“Yaxın bir neçə ildə biz ABŞ-da neft və qaza tələbatın çox güclü artımını və bununla da hasilatın artımını görəcəyik”, - deyə nazir bildirib.
Raytın fikrincə, süni intellektin yayılması istehsal üçün təbii qaz tələb edən elektrik enerjisinə tələbatın əhəmiyyətli dərəcədə artmasına kömək edəcək. “Biz investisiya və artan enerji istehsalı tələb edən dinamik inkişaf dövrünə qədəm qoyuruq”, - o əlavə edib.
Nazir dünya bazarında neft və təbii qazın qiymətinin tədricən azalacağını proqnozlaşdırır.