ABŞ Xəzinədarlığı gələn həftə 125 milyard dollarlıq istiqraz buraxacaq | Banco.az

ABŞ Xəzinədarlığı gələn həftə 125 milyard dollarlıq istiqraz buraxacaq

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi 3, 10 və 30 illik müddətə ümumilikdə 125 milyard dollarlıq istiqraz buraxacağını açıqlayıb.

Banco.az xəbər verir ki,Nazirlik gələn həftə üç ayrı istiqraz hərracının keçiriləcəyini qeyd edib.

Buna uyğun olaraq, 10 fevralda 58 milyard dollar dəyərində 3 illik istiqraz, 11 fevralda 42 milyard dollar dəyərində 10 illik istiqraz və 12 fevralda 25 milyard dollar dəyərində 30 illik istiqraz buraxılacaq.

Bəyanatda ümumilikdə 125 milyard dollarlıq istiqraz buraxılışının həyata keçiriləcəyi və bu əməliyyatın təxminən 34,8 milyard dollar yeni nağd pul gətirəcəyi gözlənilir.

Bəyanatda deyilir ki, hazırkı hərrac ölçülərinin Maliyyə proqnozundakı potensial dəyişikliklərə qarşı Xəzinədarlığı yaxşı vəziyyətdə saxladığına inanılır.

Həmçinin bildirilib ki, proqnozlaşdırılan borclanma ehtiyaclarına uyğun olaraq, nominal kupon istiqrazlarının və Dəyişkən Faizli İstiqrazların (DFR) hərrac ölçülərini ən azı növbəti bir neçə rüb ərzində mövcud səviyyələrində saxlamaq planlaşdırılır.