ABŞ və Yaponiya elektromobil sektoru üzrə müqavilə imzalayıblar | Banco.az

ABŞ və Yaponiya elektromobil sektoru üzrə müqavilə imzalayıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və Yaponiya elektromobil akkumulyatorlarının istehsalı ilə bağlı razılıq əldə ediblər.

Banco.az xəbər verir ki, ABŞ və Yaponiya elektrik avtomobillərinin akkumulyatorlarında istifadə olunan minerallar üzrə ticarət müqaviləsi imzalayıb.

Bu əməkdaşlıq iki ölkəyə elektromobil akkumulyatoru təchizatı zəncirini təkmilləşdirməyə və yapon avtomobil istehsalçılarına ABŞ hökumətinin elektrik avtomobilləri üçün həyata keçirdiyi təşviqlərindən faydalanmağa imkan verəcək.

İki ölkənin tez bir zamanda razılıq əldə etdiyini dilə gətirən ABŞ rəsmiləri hər iki ölkənin elektrik avtomobil akkumulyatorlarında istifadə edilən mineralların müqavilə çərçivəsində ixrac məhdudiyyətlərinə tabe olmayacağı mövzusunda razılaşdıqlarını bildiriblər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müqavilənin əhatə etdiyi minerallara litium, nikel, kobalt, qrafit və manqan daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et