ABŞ və İraq arasında enerji sazişi imzalanıb | Banco.az

ABŞ və İraq arasında enerji sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İraq hökuməti ABŞ-ın “General Electric” şirkəti ilə elektrik enerjisi sektorunda xidmət və istehsalı yaxşılaşdırmaq üçün müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə İraq Baş Nazirliyinin Mətbuat Bürosundan yazılı bəyanat verilib.

Bəyanatda qeyd olunur ki, iraq Energetika Nazirliyi ilə “General Electric” şirkəti arasında bağlanan müqavilə ölkədə elektrik enerjisi xidmətinin yaxşılaşdırılması, istehsalının artırılması və inkişafı məqsədi daşıyır.

Energetika sektorunda çalışanların təlimlərdən keçməsini də nəzərdə tutan müqavilə elektrik-energetik sektorunda 5 illik uzunmüddətli texniki xidmət müqavilələri ilə fəaliyyət göstərən enerji istehsalı qurğularının və onlara qoşulmuş sistemlərin modernləşdirilməsi, işin səmərəliliyinin artırılması və maliyyələşdirməyə mütənasib olaraq mərhələli şəkildə yeni elektrik enerjisi stansiyalarının tikintisi nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən müqavilə çərçivəsində İraq ərazisindən aşkar edilən təbii qazdan faydalanmaq üçün araşdırmalar da aparılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et