ABŞ və İngiltərə arasında LNG sazişi imzalanıb | Banco.az

ABŞ və İngiltərə arasında LNG sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ və İngiltərə LNG böhranı ilə üzləşməmək üçün bu sahədə əməkdaşlıq etməyə qərar veriblər.

Banco.az xəbər verir ki, Böyük Britaniya Rusiya-Ukrayna müharibəsindən sonra rus qazına tətbiq edilən sanksiyalara görə öz enerji təchizatını nəzarətdə saxlamaq üçün ABŞ ilə LNG alqı-satqı müqaviləsi imzalayıb.

İki ölkə arasında əldə olunan razılaşmaya əsasən, ABŞ gələn il Böyük Britaniyaya ən azı 9-10 milyard kubmetr LNG ixrac edəcək. Bu rəqəm 2021-ci ildəki göstəricidən iki dəfə çox olsa da, 2022-ci ildə həyata keçirilən rekord ixrac həcminə bərabərdir.

Qeyd edək ki, LNG tədarükünün necə təmin ediləcəyi ilə bağlı təfərrüatlar ictimaiyyətə açıqlanmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram