ABŞ və Çin arasında ticarət danışıqları baş tutacaq | Banco.az

ABŞ və Çin arasında ticarət danışıqları baş tutacaq

Tamara Mustafayeva, Banco.az

ABŞ və Çin ticarət danışıqları üçün masa arxasına oturacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ Ticarət Nümayəndəsi Katherine Tai Çin Baş Nazirinin müavini Liu He ilə görüşəcək. Görüşdə sabiq prezident Donald Trampın dövründə imzalanmış ticarət razılaşmasına dair təfərrüatlar müzakirə ediləcək.

Bloomberg nəşrinin yayımladığı xəbərə görə, Bayden hökuməti yaxın günlərdə rəsmi Pekin ilə cari ticarət müqaviləsinə sadiqlik və ABŞ-ın bəzi məhsullara tətbiq edilən gömrük vergisini ləğv etməsi ilə başlanacaq yeni dövrü analiz edəcək.

ABŞ Ticarət Nümayəndəsi Katherine Tai Çin Baş Nazirinin müavini Liu He ilə ilkin danışıqlar zamanı Çin tərəfinin Tramp dövründə əldə edilən razılaşmaya riayət etmədiyi məqamları müzakirə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Tai-nin məsələ ilə bağlı Vaşinqtonda açıqlama edəcəyi gözlənilir. Açıqlamanın mətninə görə, Tai, "İkitərəfli əlaqələri yaxşılaşdırmaq üçün çətinliklərin öhdəsindən gəlməyə hazır olduqlarını, ancaq ölkənin iqtisadi maraqlarını da qoruyacaqlarını" bildirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et