Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ və Cənubi Koreya müdafiə ilə bağlı material və malların tədarükündə bir-birlərinə prioritet vermək üçün nəzərdə tutulmuş tənzimləmə haqqında razılığa gəliblər.
Banco.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda Cənubi Koreya ilə məcburi olmayan Təchizat Təhlükəsizliyi Razılaşmasının (SOSA) əldə edildiyi yazılıb.
Bəyanatda deyilir ki, bu tənzimləmə “həm ABŞ, həm də Cənubi Koreyaya müdafiə ehtiyaclarını tez bir zamanda təmin etmək, müdafiə imkanlarına meydan oxuyan gözlənilməz pozuntuları aradan qaldırmaq və təchizat zəncirinin çevikliyini təşviq etmək üçün lazım olan sənaye resurslarını əldə etməyə imkan verəcək”.
Bizi sosial şəbəkələrdən izləyin!!