ABŞ uran istehsalı üçün 2,7 milyard dollar ayırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

ABŞ uran istehsalı üçün 2,7 milyard dollar ayırıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Energetika Nazirliyi növbəti on il ərzində yerli uranın zənginləşdirilməsi potensialını gücləndirmək üçün 2,7 milyard dollar ayırıb.

Banco.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilir ki, bu addım ABŞ prezidenti Donald Trampın enerji təhlükəsizliyini artırmaq və xarici təchizatçılardan asılılığı azaltmaq məqsədi daşıyır.

Bəyanatda vurğulanıb ki, ayrılmış büdcə yeni təchizat zəncirləri yaratmaq və məşğulluq imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bildirilib ki, üç şirkətə uran zənginləşdirmə fəaliyyətləri üçün ümumi dəyəri 2,7 milyard dollar olan müqavilələr verilib.