ABŞ Ukraynaya yeni yardım paketi ayırıb | Banco.az

ABŞ Ukraynaya yeni yardım paketi ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Co Bayden Kiyev üçün yeni yardım paketi imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti uktaynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.

"Bu gün mən Ukraynaya yeni təhlükəsizlik yardım paketini elan etməkdən qürur duyuram. Bu, Milli Təhlükəsizlik Aktını qəbul etdikdən sonra imzaladığım səkkizinci paket olacaq", - Bayden vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Ukraynaya 225 milyon dollar dəyərində yeni yardım paketinə "Patriot" raket batareyası, NASAMS hava hücumundan müdafiə sisteminin mərmiləri və digər döyüş sursatları daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram