ABŞ Ukraynaya əlavə 3,9 milyard dollar ayıracaq | Banco.az

ABŞ Ukraynaya əlavə 3,9 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna yaxın vaxtlarda ABŞ-dən əlavə 3,9 milyard dollar vəsait alacaq.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əldə olunacaq növbəti tranş müəllimlər də daxil olmaqla dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına maaşların ödənilməsi, eləcə də məcburi köçkün ailələrinə və əlilliyi olan şəxslərə birdəfəlik yardımların verilməsinə sərf olunacaq.

Qeyd edək ki, indiyədək rəsmi Vaşinqtonun cari ildə Ukraynaya ayıracağı məbləğin 7,8 milyard dollar təşkil etməsi planlaşdırılırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram