ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq | Banco.az

ABŞ Ukraynada korrupsiya ilə mübarizəyə 5 milyon dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ukraynada korrupsiya ilə mübarizə üçün qrant olaraq 5 milyon dollar ayrıldığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı yazılı məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, vəsait həmçinin korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti və Ukraynanın müstəqil institutları arasında əməkdaşlığın gücləndirilməsinə yönəldiləcək.

Dövlət Departamenti bundan başqa ukraynalıları dəstəkləmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına 2 milyon dollar, habelə BMT-nin Ukraynada qadınların vəziyyətinin yaxşılaşdırılması proqramına 2 milyon dollar ayırıb.