ABŞ tarixinə damğasını vuran 12 Prezident | Banco.az

ABŞ tarixinə damğasını vuran 12 Prezident

 

ABŞ-ın yeni prezidenti Donald Trump oldu. Ölkə tarixinə damğasını vuran ABŞ Başçılarını sizlər üçün bir yerə topladıq.

1. George Washington

Vəzifə müddəti: 30.04.1789 – 20.01.1797

Amerikanın müstəqillik savaşının ən əhəmiyyətli ikonu hesab edilir. Bu gün hələ də tətbiq olunan 'rəhbərlik sistemi"ni formalaşdıran ad məhz Corc Vaşinqtondur. İki dövrün sonunda, yəni 8-ci ilində prezidentlikdən imtina edərək bunu adət halına gətirdi. Bu ənənə, Ruzvelt prezident olduqdan sonra isə qanuniləşdi.

2. Thomas Jefferson

Vəzifə müddəti: 4.03.1801 – 4.03.1809

Amerika Müstəqillik Bəyannaməsinin əsas mətn yazarı olması səbəbiylə əhəmiyyətli bir fiqur olan Jefferson, respublikaçılıq axınının geniş kütlələrə yayılmasında da təsirli bir rola sahib idi. Digər tərəfdən qanunların demokratikləşməsi adına da əhəmiyyətli addımlar atan Jefferson, sənayeləşməyə müxalif olan mövqeyi ucbatından da tənqid oxlarına hədəf olmuşdu.

3. Abraham Lincoln

Vəzifə müddəti: 4.03.1861 – 15.04.1865

 ABŞ-ın 16-cı prezidenti olan Lincoln, Amerika Vətəndaş müharibəsində Konfederativ Dövlətlərə qarşı qazandığı zəfərlə köləliyi sonlandırdığı üçün ölkə tarixinin ən əhəmiyyətli ikonlarından biri halına gəldi. 1865-ci ildə sui-qəsd nəticəsində həyatını itirən Abraham Lincoln, ölkə tarixinin ən sevilən prezidentləri arasındadır.

4. Theodore Roosevelt

Vəzifə müddəti: 14.09.1901 - 04.03.1909

Qanuni boşluqlara görə kifayət qədər yoxlanılmayan kommersiya təşkilatlarının yaratdığı istismar və gəlir itkisinin qarşısını alan ad oldu. 1902-ci ildə bütün ticarət təşkilatlarının maliyyə vəziyyətinə nəzarət edən Şirkətlər Dairəsinin yaradılması üçün  hazırladığı qanun layihəsini konqresdən keçirməyi bacararaq tarixə adını yazmağı bacarmışdı.

5. Harry S. Truman

Vəzifə müddəti: 12.04.1945 – 20.01.1953

Truman, seçki yolu ilə yox, Ruzveltin rəhbərliyi zamanı ölməsi səbəbilə, Vitse Prezident olduğu üçün ABŞ prezidenti olmuşdur. İkinci dünya müharibəsinin son dövrlərində, Xirosima və Naqasakiyə atom bombası atılması əmrini verən prezident olaraq həm ölkə, həm də dünya tarixinə qara bir damğa vurmuşdu.

6. John Fitzgerald Kennedy

Vəzifə müddəti: 20.01.1961 – 22.11.1963

Kennedy “Nüvə sınaqlarının qadağan edilməsi” sazişini SSRİ və Rusiya ilə imzalayaraq xarici siyasət sahəsindəki ən böyük qələbəsini qazandı. Qara dərililərin universitetlərə girməsini təmin edərək bərabərlik adına ən əhəmiyyətli addımlardan birini atan Kennedy, 1963-ci ildə sui-qəsd nəticəsində həyatını itirdi.

7. Richard Nixon

Ən sərfəli kredit üçün müraciət et

Vəzifə müddəti: 20.01.1969 – 9.08.1974

Nixonu unudulmazlar sırasına daxil edən şey  “Watergate” skandalı olmuşdur. Riçard istefa vermiş yeganə ABŞ prezidentidir. O, bu addımı Uotergeyt qalmaqalı ilə bağlı ona qarşı ittiham prosedurunun başlanması ilə əlaqədar atmışdır.

8. Ronald Reagan

Vəzifə müddəti: 20.01.1981 – 20.01.1989

Ronald Reyqan idman şərhçisi, kinoaktyor, Kaliforniya ştatının qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir. Amerikalı girovları azad etmək üçün İrana gizli silah satışından əldə edilən gəlirlərin Mərkəzi Amerikada kontras döyüşçülərinə ötürülməsi ilə əlaqədar İran-Kontras qalmaqalından sonra Ronald Reyqanın populyarlığı azaldı.

Silahlanma büdcəsini ABŞ tarixinin ən yüksək səviyyəsinə çıxarması və kosmosda silahlanmaya ayırdığı büdcə unudulmadı.Reyqan, sülh tərəfdarı olmayan biri olaraq ağıllardakı yerini aldı.

9. George H. W. Bush

Vəzifə müddəti: 20.01.1989 – 20.01.1993

Buş, 1990-ci ildə Səddam Hüseynin Küveyti işğal etməsi səbəbilə ABŞ ordusunu hərəkətə keçirərək Körfəz müharibəsini başlatmışdı. 1 illik bu müddətdə İraq ordusunu Küveytdən çıxaran Buş, sonrakı 12 il ərzində tətbiq olunan embarqonun da memarı idi.

10. William J. Clinton

 Vəzifə müddəti: 20.01.1993 – 20.01.2001

Klinton, irqçiliyə qarşı mövqeyi, yoxsul ailələrin uşaqlarına pulsuz yardım, hərbi büdcənin kiçildilməsi kimi qərarları ilə təqdir qazandı. 1988-ci ildə Ağ Evdə təcrübəçi olan Monica Lewinsky ilə münasibətini ilk öncə təkzib etdi, sonra etiraf etdi. Senat tərəfindən mühakimə olunan 2-ci prezident oldu və təmizə çıxarıldıqdan sonra vəzifəsinə davam etdi.

11. George W. Bush

Vəzifə müddəti: 20.01.2001 – 20.01.2009

Corc Buş ABŞ-ın 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur.

12. Barack Obama

Vəzifə: 20.01.2009

Obamanın, ilk zənci prezident olması özü özlüyündə böyük bir əhəmiyyətə sahibdir. 2009-cu ildə sosial bərabərlik, homoseksualların hüquqları, səhiyyə və təhsil islahatı kimi proqramları son seçkilərdə onu yenidən iqtidara apardı. İqtisadi böhranın yaşanmasına baxmayaraq, ona olan etibar azalmadı.

40.000 oxucudan biri də siz olun.

Ən sərfəli krediti almaq üçün müraciət et